Xəbərlər
Sibir alimləri yüksək ekoloji sorbentlər yaradacaqlar
Sen 28, 2018 | 13:17 / Maraqlı məlumatlar
Oxunub 4227 dəfə

REA-nın Sibir bölməsinin Bərk Cisimlər Kimyası və Mexanika- kimya İnstitutunda sorbentlər üzərində aparılan tədqiqatlar yalnız kənd təsərrüfatı üçün deyil, həm də ətraf mühit üçün faydalıdır. Məsələn: iki il bundan əvvəl Novosibirskdə Komenskaya magistralının kəsiyi üzərində araşdırma aparan alimlər orada ağır metalların faizinin icazə verilən normadan artiq olduğunu və bu səbəbdən də həmin zolağda demək olar ki, otun bitmədiyini aşkar etdilər.

Otun böyüməsi üçün şəraitin yaradılması məqsədi ilə həmin sahəyə öz üzərində ağır metalları tutan sorbent əlavə etdilər, nəticədə otun boyunun artmasına şərait yarandı.

Alimlər qeyd edirlər ki, bu sorbentlərin istifadə edilməsi nəticəsində otun hündürlüyü iki dəfə artır. Bu isə ekoloji təmizliyə, tozun on dəfə artıq tutulmasına gətirib çıxarır.

İndi tədqiqatçılar qumatların daşıyıcı hissəciklərlə (bitki tərkibli xammal, qum və ya gil ilə) birləşdirilməsi üzərində işləyirlər.

Aparılan tədqiqatların nəticəsində, müxtəlif sahələrdə məs: suyun təmizləməsində istifadə edilə bilən universal, çox effektiv təmizləyici xassəsəyə malik sorbentlər aldılar.

JURNALLAR
Faydalı linklər