Xəbərlər
Kimyaçılar vinilsulfidin alınma reaksiyasının sürətini 10 dəfə artırmağa nail oldular
Sen 19, 2018 | 13:04 / Maraqlı məlumatlar
Oxunub 4420 dəfə

Tədqiqatçılar vinilsulfidin istehsalı üçün yeni effektiv katalizator yaratdılar və sınaqdan keçirdilər. 

Yeni katalizatorun köməyi ilə kimyaçılar vinilsulfidlərin kükürd tərkibli birləşmələrinin alınmasının reaksiya sürətinin 10 qat artımına nail ola bildilər. Katalizator suda həll olmayan yan məhsulların ayrılmasına mane olur, məhlul həmcins qalir və nəticədə reaksiyanın sürətli getməsinə şərait yaradır.                        

Bu birləşmələr yeni materialların yaradılmasında və eləcə də qızıl və gümüş nanohissəciklərin stabilləşdirilməsində istifadə edilə bilər.

Tədqiqatın nəticəsi Catalysis Science & Technology jurnalında dərc edilmişdir.

JURNALLAR
Faydalı linklər