Xəbərlər
Yalnız bir istiqamətdə hərəkəti təmin edən ilk moleklyar maşın yaradılmışdır
Sen 17, 2018 | 14:44 / Maraqlı məlumatlar
Oxunub 3995 dəfə

Müxtəlif nanomexanizmləri hərəkətə gətirə bilən sintetik molekulyar maşınların ixtirası müasir nanoelmində ən vacib mövzulardan biridir. Bu sahənin alimlərinin vaxtilə kimya sahəsində Nobel mükafatı laureatı olması bunu təsdiq edir.

Bu yaxınlarda Yaponiyanın Osaki Universitetinin tədqiqatçılarının rəhbərliyi altında beynəlxalq tədqiqatçılar qrupu molekulyar maşın yaratdılar. Bu maşının əsas üstünlüyü ondan ibarətdir ki, o hərəkəti yalnız bir istiqamətdə təmin edir.

Bütün klasik molekulyar maşınların əsasını iki “blokator” arasında, ortada yerləşən böyük simmetrik tsiklik molekula təşkil edir. Belə struktur rotaksan (rotaxane) termini ilə adlandırılır, lakin yapon tədqiqatçılarının etdiyini psevdo- rotaksan kimi xarakterizə etmək olar. Maşının üç əsas komponenti, mərkəz hissəsi və iki blokator piridiniumun variantlarından biri olan kiçik altıbucaqlı halqalardan ibarətdir. Maşının blokatorların hər birinə metil qrupları (CH3) birləşdirilir və onlardan biri matqab rolunu oynayır.

Bu tədqiqat nəticəsində biz artıq onların hərəkətlərini daha dərindən nəzarət edə bilən mürəkkəb nanomexanizmlər yaratmaq imkanına sahib olduq.

JURNALLAR
Faydalı linklər