Xəbərlər
Kimyaçılar, partlayıcının qorxusundan analizatorları işıq verməyi öyrətdilər
İyn 07, 2018 | 09:47 / Maraqlı məlumatlar
Oxunub 4360 dəfə

MDU-nun kimya fakultəsinin əməkdaşları (kimya elmlər doktoru L.M.Kustovun rəhbərliyinə altında) və REA-nın UKİ-nun tədqiqatçıları birlikdə təhlükəli üzvi maddələrin iştirakı ilə optiki xassələrini dəyişdirə bilən məsaməli gel yaratdılar.

Sintez edilmiş gel Ultra-bənövşəyi şüaların təsiri altında görünən diapazonda işıqlanır. Maddənin strukturunda müxtəlif diametrlərdə bir neçə nanometrdən onlarla nanometrə qədər çox sayda məsamələr var. Gelin içindən hava  buraxanda ölçüsü boşluqların diametrinə uygun olan “qonaq” üzvi molekullar  məsamələrdə ilişib qalır.

“Qonaqlar” üzvi molekullar  tərəfindən ultra bənövşəyi şüaların udulması nəticəsində gelin lüminesent xassələri dəyişir. Onlar toluolun molekullarının təsiri  nəticəsində gelin , fotolüminesent  intensivliyinin  təxminən 900% artdığını aşkar etdilər.

Bu isə metal- üzvi gelin lüminesentliyinin rekord artımıdır. Gələcəkdə maddələrin geniş spektri üçün müxtəlif şərtlər seçmək və analizatorlar yaratmaq olar.

JURNALLAR
Faydalı linklər