Xəbərlər
Foto
Bu gün AMEA akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib
Apr 19, 2018 | 13:00 / Konfranslar, iclaslar
Oxunub 6573 dəfə

19 aprel 2018-ci ildə AMEA akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib. İclası giriş sözü ilə açan, AMEA-nın vitse-prezidenti İnstitutun direktoru akademik Dilqəm Tağıyev Elmi Şuranın gündəlikdə duran məsələləri ilə iclas iştirakçılarının tanış etdi.

Gündəliyin ilk məsələsi AMEA gənc alimlərinin postdoktoral elmi tədqiqatlarının tamamlanması məqsədi ilə Avropanın nüfuzlu elmi-tədqiqat müəssisələrinə göndərilməsi haqqında idi. İnstitutun əməkdaşı Şamo Tapdıqovun namizədliyi müzakirə olundu. Şamo Tapdıqov çıxışında doktorluq dissertasiyası işinin 50-55 faiz görüldüyünü, lakin tədqiqatların davamının aparılmasına üçün xaricidə ehtiyac duyulduğunu, Almaniya Karlsruhe Kimya Texnologiyası və Polimer Kimyası İnstitutunun professoru Patrick Theatonun qrupunda fəaliyyət göstərməsi üçün həmin müəssisənin razılıq məktubu olduğunu zalda əyləşənlərin diqqətinə çatdırdı. Məruzəçi Şura üzvlərinin çoxsaylı suallarını cavablandırdı və Elmi Şura Ş.Tapdıqovun sözügedən müsabiqədə iştirak etməsi üçün müsbət qərar qəbul etdi.

Sonra akademik Dilqəm Tağıyev “Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə gənc alimlər üçün AMEA RH və Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının birgə müsabiqəsinin elan edilməsi haqqında” AMEA Prezidentinin 05 aprel 2018-ci il tarixli 60 saylı sərəncamını iclas iştirakçılarının nəzərinə çatdırdı və  qeyd etdi ki, müsabiqədə iştirak etməsi üçün institutun gənc tədqiqatçılarından İ.Mehdiyeva, F.İbrahimova, N.İbrahimova, N.Abdürrəhmanova, E.Babayev və V.Əhmədov sənədlərini Elmi Şuraya təqdim etmişlər. Qeyd olunan namizədlərin məsələsi müzakirə edilərək təsdiq olundu.

Daha sonra akademik Dilqəm Tağıyev AMEA Prezidenti akademik Akif Əlizadənin “Magistr-2018” müsabiqəsinin keçirilməsi barəsində 23.01.2018 tarixli 51 saylı sərəncamını diqqətə çatdırdı. Akademik müsabiqədə iştirak etməsi üçün institutun magistrləri E.Oruclu, Ş.Əlizadə, K.Həsənova, R.Naciyevanın namizədliyinin irəli sürüldüyünü geyd etdi və bu barədə qərar qəbul olundu.

Sonda akademik Dilqəm Tağıyev 18 aprel 2018-ci il tarixdə AMEA Rəyasət Heyətinin iclası zamanı müzakirə edilmiş məsələləri iclas iştirakçılarının nəzərinə çatdırıldı.

JURNALLAR
Faydalı linklər