Xəbərlər
Molekulyar brom tələyə düşdü
Mart 29, 2018 | 09:31 / Maraqlı məlumatlar
Oxunub 4285 dəfə

REA-nın A.V.Nikolayev adına Qeyri-üzvi Kimya İnstitutunun alimləri polihaloid komplekslərinin əmələ gəlməsinin, tərkibinin və strukturunun reaksiya gedən mühitdə hansı üzvi kationların iştirak etdiyindən asılılıgını müəyyən etdilər.

İşin əsas məqsədi bu sistemlərdə baş verənləri təxmin etməyə imkan verəcək bir model yaratmaqdır.

Adi halogen komplekslərin belə bir maraqlı xüsusiyyəti var: Onlar hətta dihalogen olmadan da müxtəlif kationlar mövcud olduqda anionların tamamilə fərqli strukturlarını yaradırlar. İndiyə qədər aparılan bir çox reaksiyaya baxmayaraq, işin müəllifləri nə üçün bəzi kationların iştirakı ilə polihalogenid komplekslərinin əmələ gəldiyini, bəzi kationların iştirakı ilə isə  əmələ gəlmədiyini izah edə bilmədilər. Kimyaçılar hesab edirlər ki, reaksiyaların aparılması şəraitləri və nəticələri haqqında böyük həcmdə məlumatlar toplandıqdan sonra, kimyanın bu sahəsini daha çox proqnozlaşdırmaq mümkün olacaqdır.

JURNALLAR
Faydalı linklər