Xəbərlər
Kimyaçılar havanın spirtə çevrilməsinin ucuz yolunu tapdılar
Mart 13, 2018 | 14:16 / Maraqlı məlumatlar
Oxunub 4353 dəfə

ABŞ-nın Brukxeven Milli laboratoriyasının alimləri dəm qazının konversiyası nəticəsində hidrogen və karbohidrogen birləşmələrini almaq mümkün olduğunu açıqladılar. Bu, planetin əhalisini təbii yanacaq ilə təmin edə bilər və kimya sənayesi üçün ucuz xammaldan istifadə etməyə imkan verər.

Dəm qazının konversiya katalizatorunun əsasını yastı iki ölçülü material olan qrafen təşkil edir. Alimlər onun quruluşunu arı şanına bənzədiyini, özünün isə karbondan ibarət olduğunu aşkar etdilər. Arı şanına oxşayan qrafen qəfəsi nikellə qarşılıqlı təsirdə ola bilir, onun fəaliyyətini gücləndirir və işin məhsuldarlığını artırır.  Bu vəziyyətdə qrafen katalizatorunda kimyəvi davamlılığı və səmərəliliyi  uzun müddət qorumaq mümkün oldu.

JURNALLAR
Faydalı linklər