Xəbərlər
Foto
Bakı Dövlət Universitetinin tələbələri akad.M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda elmi-təcrübi praktikadadırlar
Fev 22, 2018 | 15:07 / Konfranslar, iclaslar
Oxunub 6927 dəfə

Bu gün Azərbaycan təhsili və elmi qarşısında duran əsas vəzifə - təhsilin və elmi tədqiqatların keyfiyyətinin yüksəldilməsi, ixtisaslı mütəxəssislərin və elmi kadrların hazırlanmasının təmin olunmasıdır. Son illər AMEA-da həyata keçirilən islahatların mühüm istiqamətlərindən biri elm və təhsilin inteqrasiyasıdır. Son illərdə akademiyanın bir sıra institut və təşkilatlarında bəzi ali təhsil müəssisələrinin baza kafedralarının yaradılması, birgə kadr hazırlığına dair əməkdaşlıq memorandumlarının imzalanması, AMEA-da magistratura təhsilinin yaradılması və ildən-ilə genişləndirilməsi, "SABAH" qruplarında təhsil alan tələbələrin AMEA-nın elmi müəssisələrində təcrübə keçməsi və s.  kimi  ardıcıl tədbirlər həyata keçirilir. Bu istiqamətdə növbəti addım Kataliz və Qeyri üzvi Kimya İnstitutu tərəfindən  atılmışdır.

AMEA Kataliz və Qeyri –üzvi Kimya İnstitutu ilə Bakı Dövlət Universiteti arasındakı əməkdaşlıq müqaviləsinə əsasən Universitetin Kimya fakültəsinin IV kurs tələbələri İnstitutda 4 ay müddətində mərhələlərlə elmi-təcrübi praktika keçəcəklər. İlkin mərhələdə azərbaycan və ingilis bölməsindən 30 tələbə laboratoriyalar üzrə bölüşdürülərək hazırda institutda praktikadadırlar.

Tələbələrin ixtisas üzrə təcrübə keçmələrinin məqsədi ali məktəbdə aldıqları nəzəri biliklərin möhkəmləndirilməsi və dərinləşdirilməsi, yeni texnologiyalarla və elmi-tədqiqat üsulları ilə  tanış olaraq onları mənimsəməsindən ibarətdir. Tələbələrin institutda olduqları müddətdə laboratoriyalarda aparılan elmi-tədqiqat işləri ilə tanış olmaları və bu proseslərdə bilavasitə iştirakı üçün hər cür şərait yaradılmışdır. Bundan başqa tələbələr institutdakı müasir cihaz və avadanlıqların iş prinsipi ilə tanış olacaq və ölçmələrdə bilavasitə iştirak edəcəklər. Bununla da, onlarda elmi-tədqiqat  işlərini sərbəst şəkildə yerinə yetirmə vərdişlərinin formalaşdırılmasının əsası qoyulacaqdır.

JURNALLAR
Faydalı linklər