Xəbərlər
Sağlam hüceyrələri zəhərləməyən kimyəvi terapiya üsulu hazırlanmışdır
Fev 21, 2018 | 13:57 / Maraqlı məlumatlar
Oxunub 3498 dəfə

Yorik Universitetinin professoru Piter Sadlerin kəşf etdiyi preparat -  qeyri-adi xassələrə malik metal üzvi birləşmədir.  Bu birləşmə sağlam toxumalara zərərli təsiri minimuma endirərək müəyyən  sahədə xərçəng hüceyrələrini məhv edir. Qaranlıqda orqanizmə təmamilə təsirsiz və zərərsizdir, lakin işığa məruz qaldıqda platinə parçalanır və xərçəng hüceyrələrinə hücum edən liqand molekullarını ayırır.

Əsasən kimyəvi terapiya zamanı platin birləşməsi olan sisplatindən istifadə edilir. Bu cür terapiya yarım əsr əvvəl icad edilib və sağlam hüceyrələri xəstə hüceyrələrlə bərabər məhv edərək bədənin zəhərlənməsinə gətirib cıxardır.

EurekAlert yazır -  Bundan əlavə, bəd xassəli şişlər ənənəvi müalicə üsullarına getdikçə daha çox müqavimət göstərir, ona görə də yeni  müalicə  üsulları tələb olunur. Həmin universitetin professoru Sadler deyir: “şüa və kimyəvi terapiyanı birləşdirən yeni yanaşma müasir dövrdə xərçəngin müalicəsində nöqsanlara qarşı mübarizədə mühüm rol oynayacaq və insan həyatını xilas edə biləcək” .

JURNALLAR
Faydalı linklər