Xəbərlər
Viki-Mərkəzdə növbəti təlim kursları başa çatıb
İyl 18, 2016 | 10:00 / Mühüm hadisələr
Oxunub 4691 dəfə

İyunun 20-dən iyulun 10-a kimi AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda yaradılan Viki-Mərkəzdə AMEA-nın elmi müəssisə və təşkilatlarında fəaliyyət göstərən viki-qrupların üzvləri üçün “Vikipediya ensiklopediyasının nəzəri və praktiki əsasları” mövzusunda növbəti təlim kursları keçirilib.

Kurslarda AMEA-nın 10 elmi müəssisə və təşkilatından 38 əməkdaş iştirak edib. Viki-Mərkəzin əməkdaşları tərəfindən kurs iştirakçılarına Vikipediyanın problemləri və perspektivləri, əsas prinsipləri izah edilib, ensiklopedik məqalələrin yaradılmasının ümumi qaydaları, onların strukturlaşdırılması və monitorinqi, şablonlar və mənbələrdən istifadə qaydaları, multimedia resurslarının yüklənməsi, müəllif hüquqları, viki-mühitdə konfliktlərin həlli yolları və s. öyrədilib.

İyulun 14-də kurslarda iştirak edən şəxslərin biliklərinin yoxlanılması məqsədilə imtahan keçirilib və onların bilikləri məqbul hesab edilib. Kursu müvəffəqiyyətlə bitirənlərə sertifikatlar təqdim olunacaq.

Təlim kurslarında iştirak etmək istəyən AMEA-nın elmi müəssisə və təşkilatlarının əməkdaşlarının sayının çoxluğu nəzərə alınaraq, 2016-cı ilin sentyabr ayında növbəti təlim kurslarının keçirilməsi planlaşdırılır.

Bundan başqa, yaxın gələcəkdə Viki-Mərkəz tərəfindən AMEA Naxçıvan və Gəncə bölmələrinin elmi müəssisə və təşkilatlarında yaradılan viki-qruplar üçün də müvafiq təlim kurslarının keçirilməsi nəzərdə tutulur.

JURNALLAR
Faydalı linklər