Xəbərlər
Alimlər yalnız Uranda mövcud ola bilən «qeyri- mümkün» formalı buz əldə etdilər
Fev 13, 2018 | 14:37 / Maraqlı məlumatlar
Oxunub 4159 dəfə

Laurens adına Livermor Milli laboratoriyasının bir qrup alimləri buzun "superion buz" adlanan unikal formasını aldılar. Bu buzun əsas xüsusiyyəti təpə nöqtələri ətrafında protonların fırınlandığı oksigen atomlarının möhkəm kristal qəfəslərindən ibarət olmasıdır.

Buzun bu forması yalnız fovqəladə şəraitdə öz stabiliyini saxlaya bilir. Belə şəraitə ancaq Neptun və ya Uran kimi planetlərin nüvələrinin mərkəz hissəsində rast gəlmək mümkündür. Lakin, orada bir çox sayda digər maddələr də (məsələn ammonyak və metan) mövcuddur. Gələcəkdə biz bu maddələrin olduğu şəraitdə “superion buzun” mövcud ola bilməsi imkanını öyrənəcəyik.

JURNALLAR
Faydalı linklər