Xəbərlər
Bayramınız mübarək əziz gənclər!
Fev 02, 2018 | 13:34 / Konfranslar, iclaslar
Oxunub 2004 dəfə

Hamıya məlumdur ki, gənclik bir millətin yaşaması, inkişafı üçün təməl daşıdır. Bir millətin mövcud olması üçün onun sağlam və intellektual gəncliyinin olması vacib şərtdir.  Hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən asılıdır.  

Hər kəsə məlumdur ki, 2 fevral gününün Gənclər Günü kimi elan olunması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1996-cı il 2 fevral tarixində məhz Ulu Öndər Heydər Əliyevin dəstəyi ilə gənclərin 1-ci forumu keçirildi. 1997-ci ildən isə Prezident sərəncamı ilə 2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunmağa başladı. Bu, Heydər Əliyevin gəncilyə göstərdiyi diqqət və qayğının bir nümunəsi idi. Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunub. Əsası Ulu Öndər tərəfindən qoyulan dövlət gənclər siyasətinin nəticəsidir ki, bu gün ölkəmizdə idarəetmə bacarığı ilə seçilən intellektual, dünyagörüşlü yeni nəsil yetişmişdir. Bugünkü Azərbaycan gəncliyi Ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərini yüksək qiymətləndirir, onun bizə bəxş etdiyi Azərbaycanın müstəqilliyini, elmin, təhsilin inkişafını, ölkəmizin siyasi, iqtisadi yüksəlişini, gənclərə olan diqqəti və qayğını dərin ehtiram hissi ilə xatırlayır.

Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilr. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan vermiş, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynamışdır.

Hazırda bu siyasi kursun tərkib hissəsi kimi AMEA-da da gənclər siyasəti uğurla həyata keçirilir, gənc alim və mütəxəssislərin yaradıcı fəaliyyətlərinin stimullaşdırılması, social məsələlərin həlli, onların xarici ölkələrin elm mərkəzlərinə ezam olunmaları istiqamətində mühüm addımlar atılır.

2017-ci il institut gəncləri üçün uğurlu olub. Gənclərimiz həm elmi, həm də ictimai həyatda fəallıq nümayiş etdirmişlər.

Əziz Gənclər!

Gənclik yeni nəsil deməkdir. Gənclik, kökünə bağlı, əcdadının yolu ilə gedən, milli, mənəvi dəyərlərinə sadiq, əyilməz, alnıaçıq, həm də tükənməz gücdür. Bu gücdən səmərəli istifadə etsəniz böyük uğurlara imza atacaqsınız və bundan da, həm elmimiz, həm də cəmiyyətimiz faydalanacaqdır. Azərbaycanın parlaq gələcəyinin təminatçısı olan siz gənclər müstəqil Azərbaycan naminə və vətənin inkişafı üçün səylə çalışmalı, ölkə Prezidentinin etimadını həmişə doğrultmalısınız.

Əziz dostlar!

Bayramınız mübarək olsun! Sizə möhkəm can sağlığı, uğurlar və xoşbəxtlik arzulayıram.

                                                                                                                                                                                                                                             Akademik Dilqəm Tağıyev

JURNALLAR
Faydalı linklər