Xəbərlər
AMEA-nın ən gənc elmlər doktoruna diplom və pul mükafatı verilib
Yan 15, 2018 | 17:30 / Mühüm hadisələr
Oxunub 4750 dəfə

AMEA-nın Neft Kimya Prosesləri İnstitutunun baş texnoloqu, kimya üzrə elmlər doktoru İsmayıl İsmayılov akademiyada 35 yaşadək elmlər doktoru dissertasiyasını müdafiə etmiş gənc alimlər üçün nəzərdə tutulan sertifikata və beş min manat pul mükafatına layiq görülüb.

Alimə mükafatını Rəyasət Heyətinin yanvarın 15-də akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda keçirilən iclasında AMEA-nın prezidenti, akademik Akif Əlizadə təqdim edib.

JURNALLAR
Faydalı linklər