Xəbərlər
Foto
AMEA akademik M.Nağıyev adına Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunda Bakı Avropa Liseyinin şagirdləri üçün “Açıq qapı” günü keçirildi.
Mart 12, 2015 | 11:00 / Mühüm hadisələr
Oxunub 8652 dəfə

Tədbiri giriş sözü ilə açan AMEA-nın Kimya Elmləri Bölməsinin akademik-katibi, institutunun direktoru, akademik Dilqəm Tağıyev ölkəmizdə elmin, təhsilin inkişafı və onların müasir səviyyədə inteqrasiyası üçün böyük imkanların yaradıldığını bildirdi. Qeyd etdi ki, bu imkanlardan səmərəli istifadə etməklə AMEA-da elmlə təhsilin vəhdətinin təmin edilməsi, kadr hazırlığı sisteminin müasir standartlara uyğun olaraq təkmilləşdirilməsi, elmi tədqiqat işlərinin nəticələrinin tədris prosesində tətbiqi AMEA-nın qarşısında duran əsas vəzifələrdir.

D.Tağıyev bu cür tədbirlərin keçirilməsində məqsədin şagirdlərin dünyagörüşünün formalaşdırılması, onlarda kimya elminə marağın artırılması olduğunu vurğuladı.

Sonra institutun aparıcı elmi işçisi Şamo Tapdıqov “Ağıllı-smart polimerlər” mövzusunda məruzə ilə çıxış etdi, şagirdlərin suallarını cavablandırdı.

Tədbir çərçivəsində şagirdlər üçün kimya fənni üzrə viktorina keçirildi və qaliblər tərifnamə ilə təltif olundular. Bundan başqa, məktəblilər üçün əyləncəli elmi şoular nümayiş etdirildi, müxtəlif laboratoriyalara ekskursiyalar təşkil edildi.

JURNALLAR
Faydalı linklər