Xəbərlər
Əməkdar jurnalist Mehrəliyeva S.M.-nın məsul redaktorluğu ilə З.А.Зайцева, И.Т.Нагиева «Этюды о Муртузе Нагиеве» kitabı çapdan çıxıb
Dek 12, 2017 | 12:00 / Nəşrlər
Oxunub 4952 dəfə

Kitab neft kimya və kimya texnologiya sahəsində görkəmli  kimyaçı alim, sosialist  Əməyi Qəhrəmanı, akademik  Murtuza Nağıyevin həyatı, elmi , pedaqoji və ictimai fəaliyyətinə həsr olunub. Burada, Murtuza Nağıyevin uşaqlıq illəri, yeniyetmə yaşlarında əmək fəaliyyəti, FZŞ-də təhsil, sonra tələbəlik illəri (Bakı, Moskva), onun bir alim kimi  ATM-nin tələbəsindən dünya şöhrətli akademikə qədər olan həyat yolu əhatə olunur. Kitaba M.Nağıyevin kimyanın ( kimyəvi kinetika , kimyəvi termodinamika, kataliz) və kimya texnologiyasının  (neft emalı, neft kimyası, proses və aparatların hesablama metodu) müxtəlif sahələrində olan elmi əsərləri daxildir. Ən əsası isə kimya texnologiyasının yeni istiqaməti olan  “Resirkulyasiya nəzəriyyəsi”dir. M.Nağıyev dünyada kimya və kimya texnologiyasında yeni bir elmi istiqamət kimi qəbul olunmuş resirkulyasiya prosesləri nəzəriyyəsinin yaradıcısıdır.  

З.А.Зайцева, И.Т.Нагиева «Этюды о Муртузе Нагиеве». Баку, "Шарг-Гарб", 2017, 152 стр.

JURNALLAR
Faydalı linklər