
Noy 16, 2017 | 15:39 / Mühüm hadisələr
2003-cü ildən nəşr olunan Kimya Problemləri jurnalının ən vacib və əsas məqsədi dünya elmi ictimayətinin alimlərimizin işləri ilə geniş tanış olması və perspektivdə jurnalın məhşur elmi informasiya bazalarına daxil edilməsi olub.
Bu istiqamətdə davamlı işlər aparılıb və bu yaxınlara qədər jurnal 15 müxtəlif biblioqrafik, referativ bazalarda və axtarış sistemlərində yerləşdilib: CAS, İndex Copernicus, e.Library.ru, CYBERLENİNKA, VİNİTİ, ResearchBib, DRJİ, ULRICHSWEB, SİS, The Journal İmpact Factor, İİJİF, Science Library İndex, İAEA|İNİS, WCOSJ, AcademicKeys (bunlar haqqında jurnalın saytında məlumatlar var).
Dünyada elmi ictimayyət tərəfindən qəbul olunan iki nüfuzlu impakt faktoru hesablayan elmimetrik baza var - Web of Science (Thomson Reuters) vəScopus. 2017-ci ildən Web of Scienceartıq ClarivateAnalytics kompaniyasına daxildir. 2014-cü ildən Kimya Problemləri jurnalının redaksiyasıbubazalara daxil olmaq üçün jurnalın və saytın texniki cəhətdən bu bazaların yüksək tələblərinə uyğun tərtib edib və jurnalı Web of Science elmi bazaya ekspertizaya göndərib.
2017-ci ilin oktyabr ayında Kimya Problemləri jurnalı Web of Science elmi bazaya daxil edilib.