Xəbərlər
İnstitutun laboratoriya müdiri kimya elmlər doktoru Nizami Zeynalov “Dünya Elm Forumu”nda
Noy 06, 2017 | 11:45 / Görüşlər
Oxunub 5350 dəfə

İnstitutun “Nanostrukturlaşdırılmış metal polimer katalizatorları” laboratoriyasının müdiri, kimya üzrə elmlər doktoru Nizami Allahverdi oğlu Zeynalov 07-11 noyabr 2017-ci il tarixində İordaniya Haşimilər Krallığı tərəfindən təşkil olunan “Dünya Elm Forumu”na dəvət almışdır. Forumda dünyanın 120-dən çox ölkəsindən üç minədək tanınmış alim, o cümlədən Nobel mükafatı laureatları, akademiklər və siyasətçilərin iştirak etmələri nəzərdə tutulur. Tədbir İordaniya Şahzadəsi, Kral Elmi Cəmiyyətinin sədri Sumaya bint əl-Həsənin təşkilatçılığı ilə Ölü dəniz sahılindəki Kral Hüseyn bin Talal mərkəzində keçiriləcəkdir.   

JURNALLAR
Faydalı linklər