Xəbərlər
“Türk mətbuatında “erməni məsələsi” kitabı nəşr edilib
İyl 08, 2016 | 12:00 / Nəşrlər
Oxunub 5322 dəfə

AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi işçisi Emiliya Xəlilovanın “Türk mətbuatında “erməni məsələsi” kitabı nəşr edilib.

Kitabda ayrı-ayrı müəlliflərin, o cümlədən Zəki Başarın, Camal Paşanın, Kazım Qarabəkirin, Tverdoxlebovun, Xoreşenovun ermənilər haqqında məqalələri toplanıb. Buradakı məlumatlar ölkədəki ictimai-siyasi vəziyyət, Türkiyəni parçalamaq məqsədilə ölkənin şərqində ermənilərə muxtariyyət verilməsini vəd edən xarici dövlətlərin təhriki ilə ermənilərin üsyana qalxmaları və asayişi pozmaları, türklərə qarşı qanlı cinayətlər və qırğınlar törətmələri, verdikləri işgəncə və zülmlər, tarixi həqiqətlər və sübut olunmuş faktlar əsasında yazılıb.

Bu məqalələr arasında tarixçi Əhməd Rəfiq Altınayın 1919-cu ildə İstanbulda nəşr olunan “Qafqaz yollarında xatirələr və təəssüratlar” adlı kitabından bir hissə, eləcə də 1918-ci ildə Ərzurum, Ərzincan və Karsın ermənilərdən azad olunması zamanı qərargah polkovniki, I Qafqaz Korpusunun komandanı olmuş Kazım Qarabəkirin 1939-cu ildə çap olunmuş “Ərzurum və Ərzurumun qurtuluşu” adlı kitabından ayrı-ayrı hissələr də yer alıb.

JURNALLAR
Faydalı linklər