Xəbərlər
İnstitutun direktoru İtaliyada elmi ezamiyyətdə olmuşdur.
İyl 04, 2016 | 11:00 / Konfranslar, iclaslar
Oxunub 5726 dəfə

AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun direktoru akademik Dilqəm Tağıyev  27 iyun- 1 iyul  2016-cı ildə “Olefinlərin katalitik polimerləşməsi” problemlərinə həsr olunmuş Beynəlxalq konfransda ( 4th Blue Sky Conference ) iştirak etmək üçün İtaliyanın Sorrento şəhərində elmi ezamiyyətdə olmuşdur. Neapol Universitetinin, Alman Polimer İnstitutunun və Hollandiyanın Eyndhoven şirkətinin təşkilatçılığı ilə keçirilən və 5 gün davam edən konfransda 25 ölkədən 167 nümayəndə iştirak etmişdir. Konfransda molekulyar kataliz, reaksiya və proseslərin mühəndisliyi, monomerlər və polimerlər sahəsində aktual problemlər müzakirə edilmiş və gələcək perspektivlər haqqında geniş fikir mübadiləsi aparılmışdır.

JURNALLAR
Faydalı linklər