Xəbərlər
Uranın izotopları
Okt 30, 2017 | 10:00 / Maraqlı məlumatlar
Oxunub 4552 dəfə

Təbiətdə Urana üç izotop şəklində rast gəlinir - U-235, U-234 və U-238. Bunlardan ən az tapılan U-234 izotopudur. Yuxarıda qeyd etdik ki, bu izotopların hər üçünün nüvəsində 92 proton olmalıdır. Buradan aydın olur ki, bu izotoplar bir-birindən nüvəsindəki neytronların sayına görə fərqlənməlidir. Deməli U-238 izotopunun nüvəsində üç əlavə neytron var. U-235 izotopu U-238 izotopundan çox daha davamsız olduğu üçün asanlıqla həyəcanlanaraq böyük miqdarda enerji ayırmaqla parçalanır. Nüvə reaktorlarında və nüvə silahı hazırlanmasında Uranın məhz bu izotopundan istifadə olunur. Problem ondadır ki, yerin tərkindən çıxarılan Uran filizlərində 99,3% U-238 olduğu halda U-235 izotopu sadəcə 0,7% təşkil edir. Bu səbəbdən Uranı zənginləşdirmək lazım gəlir. Zənginləşdirmə mahiyyət etibarı ilə U-235 izotopunun qatılığının artırılmasıdır. Sadə dillə desək, zənginləşdirmə zamanı U-238 izotopları hər hansı bir yolla kənarlaşdırılır.

JURNALLAR
Faydalı linklər