Xəbərlər
Parmon Valentin Nikolayeviç (II hissə)
Okt 26, 2017 | 12:55 / Maraqlı məlumatlar
Oxunub 4743 dəfə

V.Parmonun rəhbərliyi altında neft qazlarının utilizasiyası problemi həll edildi. Belə ki, bu  texnologiya təcrübi-sənaye sınağından keçdi.

Alimin rəhbərliyi altında bitki mənşəli xammaldan yanacağın alınması ilə əlaqədar işlər aparılır: mikroyosunlar, bitki yağları, oduncaq, düyü qabığı  (düyü qabığı təkcə Krasnodar vilayətində hər il 15000 ton, cənub-şərqi Asiyada isə, 7-8 milyon ton əmələ gəlir). Alim  hesab edir ki, kimyaçılar bu cür,məhsulları faydalı maddələrə - məs. sorbentlərə və gələcəkdə - yanacaga emal etməyi öyrənməlidirlər.

Valentin Parmonun bütün elmi fəaliyyəti kimya üçün qeyri- ənənəvi olan katalitik proseslərlə bağlıdır. O, günəş, atom, istilik enerjisinin kimyəvi enerjiyə çevrilməsi ilə məşğul olur.

JURNALLAR
Faydalı linklər