Xəbərlər
Foto
Bu gün “Koherent-sinxronlaşdırılmış oksidləşmə reaksiyaları” şöbəsinin hesabatı dinlənildi
Okt 24, 2017 | 12:59 / Konfranslar, iclaslar
Oxunub 2427 dəfə

Bu gün Elmi Şurada İnstitutun şöbə və laboratoriyalar üzrə elmi və elmi - təşkilatı hesabatların dinlənilməsi davam edib. AMEA-nın vitse-prezidenti, İnstitutun direktoru, akademik Dilqəm Tağıyev iclas iştirakçılarını gündəliklə tanış edərək bildirdi ki, bu gün kataliz istiqaməti üzrə şöbələrin hesabatlarının dinlənilməsinə başlanır. Sonra “Koherent-sinxronlaşdırılmış oksidləşmə reaksiyaları” şöbəsi  üzrə  “Monooksigenaz reaksiyalarının modelləşdirilməsi”,  “Biomimetik sensorlar  və  azot 1-oksidlə  oksidləşmə”  “Biomimetik katalizatorlar üçün üzvi liqandların sintezı”, “Nanokarbon katalizatorları iştirakında hidrogen peroksidlə oksidləşmə”  laboratoriyalarının 2017-ci il üzrə apardıqları elmi-tədqiqat işləri, əldə olunan nəticələr, çap olunan məqalələr haqqında laboratoriya rəhbərlərinin, eləcə də həmin laboratoriyalarda çalışan aparıcı elmi işçilərin məruzələri dinlənildi. Təqdim olunan hesabatlar geniş müzakirə olundu. Akademik Dilqəm Tağıyev gələcəkdə görüləcək işlər haqqında tövsiyələrini bildirdi. Sonda hesabatların qəbul olunması haqqında qərar vedildi. 

JURNALLAR
Faydalı linklər