Xəbərlər
Herbisid nədir?
Okt 20, 2017 | 09:40 / Maraqlı məlumatlar
Oxunub 6304 dəfə

Herbisidlər alaq otu kimi tanıdığımız arzuolunmaz bitkiləri məhv etmək üçün istifadə olunan kimyəvi birləşmələrdir. Onlar üzvi və qeyri-üzvi ola bilər. Qeyri-üzvi herbisidlərin tarixi daha qədimdir. Hər şey 1890-1900-cü illərdə taxıl zəmilərindəki alaq otlarını təmizləmək üçün kimyəvi maddələrin tətbiqi ilə başladı. Onları hərbi iş üçün ilk dəfə tətbiq edən ABŞ ordusu oldu. Onlar su kanallarında böyüyən bitkiləri məhv etmək üçün natrium-arsenitdən istifadə edirdilər. İlk herbisid isə 1925-ci ildən tətbiqinə başlanılan kalium-xlorat hesab olunur. 1934-cü ildən tətbiq edilən kalium-nitroselüloz ilk seçici xüsusiyyətli herbisid sayıla bilər. Üzvi mənşəli herbisidlərin gur inkişafı 1945-ci ilə təsadüf edir. İlk əvvələr 2,5-dixlorfenoksisirkə turşusu, sonralar isə 2,4,5-trixlorfenoksisirkə turşusu boy göstərməyə başladı. Sonuncu maddə 1965-1970-ci illərdə ABŞ ordusu tərəfindən defoliant kimi Vyetnamda tətbiq olundu. O dövrdə 2,4,5-trixlorfenoksisirkə turşusunun sintezi zamanı yan məhsul kimi dioksan adlı çox zəhərli bir maddənin əmələ gəlməsi məlum deyildi. Bu səbəbdən onun tətbiqi çoxlu sayda hərbiçi və dinc sakinə pis təsir etdi. 

Müasir təsəvvürlərə görə herbisidlərin təsiri bitkinin böyümə hormonunun sıradan çıxarılması ilə nəticələnir. Araşdırmalar göstərir ki, əksər herbisidlər məməlilər üçün zərərsizdir, bəzi növlərinin təsiri isə hələ də mübahisəlidir.

JURNALLAR
Faydalı linklər