Xəbərlər
Novosibirskdə sudan və havadan yanacaq almağı öyrəndilər
Okt 19, 2017 | 11:00 / Maraqlı məlumatlar
Oxunub 4910 dəfə

REA-nın Sibir filialının nəşri olan “Sibirdə elm” xəbər verir ki, Q.K.Boreskov adına Kataliz institutunun alimləri sintetik qaz yanacağının atmosferdəki karbon dioksid və sudan emali texnologiyasını verdilər.

İşin əsas mahiyyəti ondan ibarətdir ki, karbon dioksidi  karbohidrogen yanacağı ilə işləyən istilik elektrik stansiyasında əmələ gələn tüstüdən deyil, birbaşa havadan almağ təklif edilir.  Karbonat kaliumun havadaki karbon dioksidi ilə  qarşılıqlı təsirə məruz qaldığını və karbonat kalium əsasında sorbentlərin öyrənilməsi də əvvələr elmə məlumdur.  Lakin Bu materialların havadaki karbon dioksid ilə sorbsiyası üçün istifadəsi yenidir.  

Yanacağın alınması üçün əvvəlcə suyun elektrolizindən hidrogen və oksigen alınır. Oksigen atmosferə buraxılır, hidrogen isə yüksək temperaturda katalizator iştirakı ilə karbondioksid ilə qarşılıqlı təsirə girir və nəticədə metan alınır. Alimlər havadaki karbon dioksidi tutmaq üçün kalium karbonatdan istifafə etdilər.

Alınan yanacağı otaqların qızdırılmasına və ya nəqliyyat vasitələrini yanacaqla  təmin etmək üçün istifadə etmək olar. Yanacağı çatdırmaq çox çətin və baha başa gələn ucqar rayonlarda  bu texnologiyanın tədbiqi çox sərfəlidir. 

JURNALLAR
Faydalı linklər