Xəbərlər
Foto
Hesabatların dinlənilməsi davam edir
Okt 18, 2017 | 12:59 / Konfranslar, iclaslar
Oxunub 6238 dəfə

Bu gün Elmi Şurada İnstitutun şöbə və  laboratoriyalar üzrə elmi və elmi - təşkilatı hesabatların dinlənilməsi davam edib. AMEA- nın vitse-prezidenti, İnstitutun direktoru, akademik  Dilqəm Tağıyev iclas iştirakçılarını gündəliklə tanış edərək bildirdi ki, bu gün “Qeyri-üzvi funksional materiallar” şöbəsinin hesabatları dinləniləcək. Daha sonra qeyd olunan şöbə üzrə “Keçid  elementlərinin xalkogenidləri”, “Funksional materialların komponentlərinin sintezi”, “Funksional qeyri-üzvi maddələrin termodinamikası”, “Kompozisiya örtük materialları  və  korroziyadan   mühafizə”  laboratoriyalarının  2017- ci il üzrə apardıqları elmi-tədqiqat işləri, əldə olunan nəticələr, çap olunan işlər haqqında laboratoriya rəhbərlərinin, eləcə də həmin laboratoriyalarda çalışan baş və aparıcı elmi işçilərin məruzələri dinlənildi. Məruzələr ətrafında müzakirələr aparıldı.Akademik Dilqəm Tağıyev hesabatlar barəsində və görüləcək işlər haqqında tövsiyələrini və təkliflərini verərək bildirdi ki, növbəti 3 illik iş planları hazırlanarkən innovativ xarakterli elmi-tədqiqat işlərinə üstünlıük verilməlidir. Sonda hesabatların qəbul olunması haqqında qərar verildi. 

JURNALLAR
Faydalı linklər