Xəbərlər
Klod Lui Bertolle
Okt 18, 2017 | 10:00 / Maraqlı məlumatlar
Oxunub 3004 dəfə

Klod Lui Bertolle 1785-ci ildə xlorun ağardıcı xassəsini, bataqlıq qazını, ammonyakı tədqiq etmişdir. 1792-ci ildə kalium-xlorat duzunu sintez etmişdir ki, bu da hazırda “Bertole duzu” adlanır.

J.Prust ilə Klod Lui Bertolle (1748-1822) arasında baş verən və 7 il (1801-1808) davam edən məşhur mübahisədə R.J.Hayui Prustun mövqeyini müdafiə etmişdir. Lakin Bertole ilk dəfə olaraq bəzi birləşmələrin dəyişən tərkibə malik olmaları barədə faktların mövcud olmasını çox düzgün göstərmişdir. O, həmçinin müxtəlif birləşmələrin eyni formalı kristal quruluşa malik olması barədə öz fikirlərini irəli sürmüşdür. Müəyyən vaxt keçdikdən sonra aydın oldu ki, Bertollenin fikirləri təsadüfi fikir deyil, düzgündür.

1819-1821-ci illərdə izomorfizm və polomorfizm xassələrini kəşf edən alman alimi Eylqard Mitçerlix (1794-1863) Bertollenin fikirlərini təstiq etmişdir.

JURNALLAR
Faydalı linklər