Xəbərlər
Institutun direktor müavini “İlin alimi” müsabiqəsinin qalibi olub
Okt 17, 2017 | 12:42 / Mühüm hadisələr
Oxunub 6662 dəfə

Institutun direktor müavini AMEA-nın müxbir üzvü Məhəmməd Babanlını Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF) “Ən layiqli alim – Ə.L.A.” məqsədli qrant müsabiqəsi çərçivəsində “2016-cı ilin alimi” mükafat müsabiqəsinin qalibi olmuşdur. Qeyd edək ki, “İlin alimi” müsabiqəsi EİF tərəfindən ilk dəfədir keçirilir və 2016-cı ildə  uğurlu elmi fəaliyyət göstərmiş, yüksək elmi nəticələr əldə etmiş, təsir əmsallı (impakt faktorlu) tanınmış bazalarda indeksləşən nüfuzlu jurnallarda və digər nəşrlərdə dərc olunmuş elmi məqalələri və əsərləri olan, elmi işlərinə istinad edilən, həmçinin yüksək elmi-təşkilati fəaliyyəti ilə fərqlənən alimlərə verilir. 

JURNALLAR
Faydalı linklər