Xəbərlər
Zəncirvari reaksiyanın mexanizmi
Okt 13, 2017 | 10:00 / Maraqlı məlumatlar
Oxunub 6946 dəfə

Zəncirvari reaksiya - hər birində əvvəlki addımın məhsulu kimi zərrəcik yaranan, ayrı-ayrı reaksiyalar ardıcıllığıdır. Zəncirvari reaksiyaya misal kimi ağır elementlərin nüvələrinin parçalanmasını göstərmək olar. Burada parçalanma aktlarının sayı əvvəlki mərhələdə nüvənin parçalanmasından yaranan neytronlarla şərtlənir.

Zəncirvari reaksiyalar, istifadə olunmamış əlaqəyə malik zərrəcik rolunu sərbəst atomlar və ya radikallar oynayan kimyəvi reaksiyalar arasında geniş yayılmışdır. Zəncirvari reaksiyanın mexanizmi nüvə parçalanmasında kulon səddi olmayan və udan zaman nüvəni həyacanlandıran neytronlar tərəfindən təmin olunur. Meydana gələn hər yeni zərrəcik növbəti, bir-birinin ardınca gələn reaksiyanı yaradır. Reaksiya daşıyıcı zərrəcik itirildikdə dayanır. İtkinin iki səbəbi olur: zərrəcik yenisini yaratmadan udulur və ya zərrəcik aktiv mühiti tərk edir. Əgər hər bir reaksiya aktında bir daşıyıcı zərrəcik yaranarsa, onda zəncirvari reaksiya şaxələnməmiş olur. Şaxələnməmiş zəncirvari reaksiyada çox enerji ayrıla bilmir. Əgər reaksiya aktında və ya zəncirin müəyyən bəndində bir neçə zərrəcik yaranırsa, onda şaxələnmiş zəncirvari reaksiya alınır. Onlar da öz növbələrində yeni qolların əmələ gəlməsinə şərait yaradırlar.

JURNALLAR
Faydalı linklər