Xəbərlər
Rus alimləri suya nisbətən daha yüngül olan alüminiumun "almaz" formasını modelləşdirdilər
Sen 26, 2017 | 10:17 / Maraqlı məlumatlar
Oxunub 4663 dəfə

Yuta Universitetindən kimyaçı Aleksandr Boldırev və onun Rostov-Dondakı cənubi Federal Universitetindən rusiyalı həmkarları kompüter modelləşdirilməsi vasitəsilə suya nisbətən təxminən iki dəfə yünqül olan alüminiumun yeni modifikasiyasının mövcudluğunu proqnozlaşdırdılar. Bu işdə onlara almazın kristal qəfəsi kömək etdi.

Biz bilirik ki, alüminium qaşıq suda həmişə batır. Alüminium yüngül metal olmağına baxmayaraq, onun sıxlığı 2,7 qr/sm-dir3 (suyun sıxlığı 1 kub santimetrdə bir qramdan bir az azdır). Bununla belə, kompüter modelləşməsi  bunun son hədd olmadığını proqnozlaşdırır  və bildirirlər ki, alüminiumun elə formasını yaratmaq olar ki, onun sıxlığı 0,61qr /sm3 olsun.

Alimlər almazın məlum kristal qəfəsində tetraedrlərin təpə nöqtələrində yerləşən karbon atomlarını alüminium atomları ilə əvəz etməklə məqsədə  nail oldular.

Hesablamalar göstərdi ki, bu quruluşa malik olan material nisbətən stabil, ultra yüngül, paslanmaya qarşı davamlı və qeyri-maqnit olmalıdır. Onun istehsalı üçün xammal olan alüminium çox bahalı deyil.

Tədqiqat The Journal of Physical Chemistry C – də dərc edilmişdir.

JURNALLAR
Faydalı linklər