Xəbərlər
Video
“Azərbaycan Respublikası iqtisadiyyatının əsas sektorları üzrə strateji yol xəritələrindəki tapşırıqların icrası üzrə AMEA-nın tədbirlər planı” təsdiq edilib
Sen 22, 2017 | 12:59 / Mühüm hadisələr
Oxunub 4930 dəfə

Sentyabrın 22-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclasında “Azərbaycan Respublikası iqtisadiyyatının əsas sektorları üzrə strateji yol xəritələrindəki tapşırıqların icrası üzrə AMEA-nın tədbirlər planı” təsdiq edilib.

Tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyev qeyd edib ki, ölkə başçısının 2016-cı il dekabrın 6-da imzaladığı “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Fərmanı ilə AMEA qarşısında mühüm vəzifələr müəyyənləşdirilib. Bildirilib ki, AMEA Rəyasət Heyətinin 22 fevral 2017-ci il tarixli qərarı ilə həmin vəzifələrin Akademiyanın elmi-tədqiqat müəssisələrində müzakirəsi və müvafiq tədbirlər planının hazırlanması üçün zəruri tapşırıqlar verilib. Akademik Dilqəm Tağıyev onu da əlavə edib ki, həmin vəzifələrdən irəli gələrək qəbul edilmiş qərarların, səsləndirilən rəy və təkliflərin təhlili üçün AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyevin rəhbərliyi ilə AMEA Rəyasət Heyətinin Daimi işçi komissiyası yaradılıb. Akademik Dilqəm Tağıyev strateji yol xəritələrindəki tapşırıqların icrası üzrə AMEA-nın tədbirlər planının komissiya tərəfindən hazırlandığını qeyd edib.

Rəyasət Heyətinin iclasında strateji yol xəritələrinin əsas istiqamətlər üzrə qarşıya qoyulan hədəflərindən danışılıb. Milli  iqtisadiyyat perspektivi üzrə, o cümlədən kimya məhsulları da daxil olmaqla neft və qaz sənayesinin inkişafı, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalı, ağır sənaye və maşınqayırmanın inkişafı, ixtisaslaşmış turizm sənayesinin inkişafı, telekommunikasiya və informasiya texnologiyalarının inkişafı və kommunal xidmətlərin inkişafına dair strateji yol xəritələri üzrə əsas hədəflər müəyyənləşdirilib.

Geniş müzakirələrdən sonra AMEA-nın tədbirlər planı təsdiq edilib. Tədbirlər planının və elmi-tədqiqat institutlarının tədbirlərinin monitorinqini təşkil etmək və icraçılar arasında əlaqələndirməni həyata keçirmək Daimi işçi komissiyaya həvalə edilib, strateji yol xəritələrinin müzakirəsilə bağlı irəli sürülmüş təkliflərin həyata keçirilməsinə nəzarət isə əlaqədar institutların rəhbərlərinə tapşırılıb.

JURNALLAR
Faydalı linklər