Xəbərlər
Bilirsinizmi?
Sen 18, 2017 | 12:30 / Maraqlı məlumatlar
Oxunub 4994 dəfə

Çox qədimdən kül əsas kimyəvi məhsul olmuşdur. Külün su ilə qaynadılmasından alınan yaxşı köpüklənən məhlul insan tərəfindən yaradılmış ilk yuyucu maddə idi. İnsanlar orta əsrlərdə küldən onun məhlulunu köpükləndirən maddələri - soda və potaşı ayırdılar (indi artıq sodanın natrium - karbonat, potaşın isə kalium - karbonat olduğu məlumdur). Bu iki duz uzun müddət külün müxtəlif növləri kimi adlandırılmışdır: oduncağın, samanın, qamışın və qıyının yanmasından sonra qalan kül potaş və ya kolı (belə küllər kaliumla zəngindir), digər ot bitkilərinin külləri soda və ya natron (onda natrium duzları çoxdur) adlanır.

Rusiyada potaş istehsalı hələ XI əsrdə aparılırdı. Samanın və ya oduncağın yanmasından alınan kül su ilə işlənilir, alınmış məhlul süzüldükdən sonra buxarlandırılır. Quru qalıqda kalium - karbonatla yanaşı kalium - sulfat. K2SO4, soda və kalium - xlorid KCl olur.
Potaşdan fərqli olaraq, soda (natron) təbiətdə, məsələn Misirin natron göllərində rast gəlinir. Qədim misirlilər təbii sodanı balzamlaşmada, qalın kətanın rəngsizləşməsində, yemək bişirilməsində, rəng və şirələrin hazırlanmasında istifadə etmişlər. Böyük Pliniy Nilin deltasında çay suyundan soda (onda kifayət qədər qarışıqlar olur) alınması haqda yazırdı. Bitki külündən alınan soda da böyük miqdarda (80%-ə qədər) digər duzlar olur. Tərkibində kömür qarışığı olduğundan satışdakı iri parçalar şəklində olan soda boz və ya hətta qara rəngli olur.
Soda və potaş arasındakı kimyəvi fərq tam olaraq 1758-ci ildə alman kimyaçısı Andreas Siqizmund Marqqraf (1709-1782) müəyyən eitmişdir. 1807-ci ildə Hemfri Devi natrium - hidroksid və kalium - hidroksidin ərintisini elektroliz etməklə natrium və kalium metalını ayırmışdır.
XIX əsrdə litium, rubidium və sezium kəşf edilmişdir. Alman alimləri Robert Vilhelm Bunzen və Qustav Robert Kirxhof (1824-1887) 1860-1861-ci illərdə alümosilikatları spektral analiz edərkən, onlarda iki yeni elementin olduğunu müəyyən etmişlər. Spektrin ən güclü xəttlərin rənginə görə onlardan biri rubidium (latıncadan rubidus - «tünd qırmızı»), digəri sezium (latıncadan caesius - «mavi») adlandırılmışdır.

JURNALLAR
Faydalı linklər