Xəbərlər
İnstitutun əməkdaşlarının Impakt Faktorlu (TR) “Theoretical Foundations of Chemical Engineering” jurnalında “Calculation of ethylene region of chemical technological complex for processing of cracking and pyrolysis gases” məqaləsi dərc olunmuşdur
Sen 11, 2017 | 09:30 / Mühüm hadisələr
Oxunub 4630 dəfə

Krekinq və piroliz qazlarının birgə emalı kimya-texnoloji kompleksinin (KTK) yaradılması üçün optimal layihələşdirilmə metodu yaradılıb. Krekinq və piroliz qurğularının güclərini nəzərə almaqla kimya-texnoloji kompleksə daxil olan krekinq və piroliz qazlarının kütlə axınları təyin edilib. KTK-in ən iri sayılan etilen regionuna daxil olan hər bir prosesin stexeometrik və kinetik modelləri əsasında regionun material balansı hesablanıb. Regionun material balansının hesablanması üçün ona daxil olan hər bir prosesin texnoloji parametrlərinin rejimləri sənayedə mövcud olan və layihələndirilmə mərhələsində olan proseslərdən götürülüb. Reaktor elementlərinin sənaye miqyasında məhsuldarlıqları hesablanıb.    

“Calculation of ethylene region of chemical technological complex for processing of cracking and pyrolysis gases” A.M.Əliyev, A.R.Səfərov, A.M.Hüseynova “Theoretical Foundations of Chemical Engineering” 2017, Volume 51, Issue 4, pp 404–417.

JURNALLAR
Faydalı linklər