Xəbərlər
İnstitutun əməkdaşlarının Impakt Faktorlu (TR) “Chemistry and Technology of Fuels and Oils” da "Modeling and Optimization of Joint Gasoline, Ethane, and Propane Pyrolysis" məqaləsi dərc olunmuşdur
Sen 08, 2017 | 10:29 / Mühüm hadisələr
Oxunub 5062 dəfə

Məqalədə təklif olunmuş metod əsasında benzinin piroliz prosesinin çevrilməmiş karbohidrogenlərinin resirkulyasiyası hesabına intensivləşdirilməsinin bir neçə variantına baxılıb. Müəyyən olunub ki, benzinin ilkin istehlakı zamanı (13-16 t/saat) və sobadakı temperaturun (820-850°С) dəyişmə intervallarında piroliz prosesin karbohidrogenlərinin resirkulyasiyasız aparılması müqayisəsində prosesin çevrilməmiş etanın, yaxud propanın və yaxud da kı,  etan və propanın birgə resirkulyasiyası ılə aparılması zavodun kifayət qədər böyük mənfəətinə gətirib çıxarır. Ən böyük mənfəəti isə piroliz prosesini etan və propanın birgə resikulyasiyası aparılması ilə əldə etmək olar.

"Modeling and Optimization of Joint Gasoline, Ethane, and Propane Pyrolysis". A.M.Əliyev, Z.A.Məmmədov,  A.R.Səfərov, İ.İ.Osmanova, A.M.Hüseynova “Chemistry and Technology of Fuels and Oils”. 2017, Volume 53, Issue 3, pp 333–344.

JURNALLAR
Faydalı linklər