Xəbərlər
Payız Azərbaycana sentyabrın 23-ü yerli vaxtla saat 00:02-də qədəm qoyacaq
Avg 14, 2017 | 11:25 / Mühüm hadisələr
Oxunub 4751 dəfə

Bu il payız fəsli Azərbaycana sentyabrın 23-ü yerli vaxtla saat 00:02-də qədəm qoyacaq. AMEA Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov bildirib ki, bu tarixdə yay fəsli başa çatacaq və ölkə ərazisinə payız fəsli daxil olacaq.

Onun sözlərinə görə, qış fəsli isə ölkəmizə dekabrın 21-i Bakı vaxtı ilə saat 20:28-də gələcək. 

JURNALLAR
Faydalı linklər