Xəbərlər
Foto
AMEA akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda “Kimyəvi kinetika və kataliz” ixtisası üzrə İnstitutun II kursunda təhsil alan magistrantların dissertasiya işlərinin müdafiəsi olmuşdur
İyn 12, 2017 | 12:30 / Konfranslar, iclaslar
Oxunub 2880 dəfə

Öncə “Kimyəvi kinetika və kataliz” ixtisası üzrə İxtisaslaşdırılmış Müdafiə Şurasının (İnstitut rəhbərliyinin 11.04.2017-ci il tarixli 76 saylı əmri əsasında yaradılmışdır) sədri, AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı magistrantlar barəsində məlumat verərək bildirdi ki, müdafiəyə çıxan magistrlərdən ikisi Bəhramov Eynulla və Abdurəhmanova Nərmin 114, İbrahimova Nigar 116 balla institutun magistraturasına qəbul olunmuş və təhsi müddətində fəallıq nümayiş etdirmişlər.

Sonra magistrlər Bəhramov Eynulla “Piridinin azot 1-oksid ilə dipiridillərə oksidləşməsi reaksiyasının kinetik qanunauyğunluqları”, İbrahimova Nigar “Heksametil-ferrosen və heksametil-ferrisinium sistemində oksidləşmə-reduksiya prosesinin kinetikasının tədqiqi” Abdurəhmanova Nərmin “Maye fazada tsikloheksenin katalitik oksidləşməsi” mövzuları üzrə məruzə edərək dissertasiya işlərinin aktuallığı, elmi yeniliyi və praktiki əhəmiyyətini diqqətə çatdırdılar və komissiya üzvlərinin çoxsaylı suallarını cavablandırdılar.

Magistrlərin dissertasiya işlərinin müdafiəsində  AMEA prezidenti akademik Akif  Əlizadə, Elm və Təhsil İdarəsinin rəisi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov da iştirak etmişlər. Akademik Akif Əlizadə magistrlərin səviyyəsindən razı qaldığını söylədi və gələcək elmi-tədqiqat işlərində onlara uğurlar arzuladı.

Sonda “Kimyəvi  kinetika və kataliz” ixtisası üzrə İxtisaslaşdırılmış Müdafiə Şurası adları qeyd olunan hər üç magistranta “Kimyəvi  kinetika və kataliz” ixtisası üzrə magistr elmi dərəcəsinin  və fərqlənmə diplomunun verilməsi barəsində qərar qəbul etdi.

JURNALLAR
Faydalı linklər