Xəbərlər
Emil German Fişer
İyn 07, 2017 | 12:00 / Maraqlı məlumatlar
Oxunub 1914 dəfə

O, alman üzvi - kimyaçısıdır. Onun işləri karbohidratlar, zülallar, purin birləşmələrinin kimyasına həsr olunmuşdur. Alim purin birləşmələrin quruluşunu tədqiq etmişdir. Bu isə, purinin fizioloji aktiv törətlərinin - kofein, teobromin, ksantin, teofilin, guanin və adeninin (1897-ci il) sintezinə gətirib çıxartmışdır. O, şəkərlərin sintezini aparmışdır.

Alim, zülalların hidrolizi zamanı əmələ gələn aminoturşuların zülallar üçün ən sadə yaradıcı material olduğunu güman etdi. O, bir çox zülalların parçalanma məhsullarında valini, prolini, oksiprolini aşkar etdi və polipeptidlərin sintezinə başladı. Alim, karboksil və amin qruplarının bir-birilə təsiri nəticəsində suyun çıxması ilə amin turşularının öz aralarında birləşməsini təcrübə yolu ilə sübut etdi. O, alınmış birləşməni polipeptid adlandırdı. Alim polipeptidlərin sintezinin əsasını qoymuş və molekulyar kütləsi 1213 olan, sadə zülallara oxşar ilk sintetik birləşmə - oktadekapeptid almışdır.

Emil German Fişer 1902-ci ildə Nobel mükafatına layiq görülmüşdür.

JURNALLAR
Faydalı linklər