Xəbərlər
Foto
Elmi Şuranın iclası keçirilmişdir
İyn 06, 2017 | 11:15 / Konfranslar, iclaslar
Oxunub 7489 dəfə

06 iyun 2017-ci il tarixində İnstitutun Elmi Şurasının iclası keçirilmişdir. İclası AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Dilqəm Tağıyev açaraq şura üzvlərini gündəlikdəki məsələlərlə  tanış etdi. Gündəlikdəki ilk məsələ Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsinin icrası ilə əlaqədar  AMEA-nın tədbirlər planı və İnstitut kollektivi qarşısında duran vəzifələrin həlli istiqamətində görüləcək işlərin müzakirəsinə həsr olunmuşdur.

Akademik bildirdi ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin  6 dekabr 2016-ci il tarixli fərmanı ilə Azərbaycan Respublikasının Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi təsdiq edilmiş və bir sıra məsələlərin həllinin reallaşdırılması  əsas icraçı kimi Azərbaycan Milli Elmlər Akademiyasına həvalə edilmişdir. Bununla əlaqədar olaraq  AMEA-da komissiya yaradılmış, bölmələr və institutlar üzrə görüləcək tədbirlər müəyyənləşdirilmişdir. Akademik qeyd etdi ki, tədbirlər planında 12 bənd bizim instituta aiddir. Bunlara  respublikaya idxal edilən kimya məhsullarının yerli istehsalına nail olmaq, filiz və tullantı filizlərdən səmərəli istifadə, üzvi batareyaların və akustik antennaların hazırlanması, alternativ enerji mənbələri, korroziya məsələləri və hidrotexniki qurğuların qorunması, dəniz suyunun şirinləşdirilməsi, sudan hidrogenin alınması prosesi üçün effektiv katalizatorların axtarışı və s. məsələlər aiddir.

Sonra 2017-ci ildə institutun elmlər doktorluğu və fəlsəfə doktorluğu hazırlığı üzrə doktorantura və dissertanturasına qəbul olunanların fərdi iş planları təsdiq olundu.

Daha sonra akademik bildirdi ki, tanınmış alim H.Əfəndiyevin 110 illiyi ilə əlaqədar olaraq  14 iyun 2017-ci ildə Elmi Şuranın yubiley iclası keçiriləcəkdir.

JURNALLAR
Faydalı linklər