Xəbərlər
Foto
AMEA Gənc Alim və Mütəxəssislər Şurasının dəstəyilə məktəblərdə təsis olunan "Kiçik Akademiya"lar ciddi nailiyyətlərə imza atırlar
İyn 01, 2017 | 12:55 / Konfranslar, iclaslar
Oxunub 7389 dəfə

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) elmin təhsilə inteqrasiyası istiqamətində həyata keçirdiyi tədbirlər öz müsbət nəticəsini verməkdədir. Akademiyanın bu siyasətinin reallaşmasında Gənc Alim və Mütəxəssislər Şurası (GAMŞ) mühüm rol oynayır.  Şuranın orta məktəblərdə gerçəkləşdirdiyi elmin təbliği və populyarlığının artırılması məqsədi daşıyan "Bu günün şagirdi, sabahın alimi" layihəsi çərçivəsində paytaxt məktəblərində təsis etdiyi “Kiçik Akademiya”lar ciddi elmi nailiyyətlər əldə edirlər. GAMŞ-nın təşəbbüsü ilə Səbail rayonu şəhid Etibar Əliyev adına 162 saylı orta məktəbdə ötən ilin məhz bu günündə təsis olunan "Kiçik Akademiya" daha bir ilkə imza atıb. Belə ki, mayın 31-də Səbail rayonu 162 saylı tam orta məktəbdə "Kiçik Akademiya"da gənc tədqiqatçıların elmi-praktik konfransı keçirilib. Konfransda AMEA-nın GAMŞ İdarə Heyətinin üzvləri – AMEA Kataliz və Qeyri-üzvi Kimya İnstitutu GAMŞ sədri, dosent Faiq Məmmədov,  İdarəetmə Siztemləri İnstitutu GAMŞ sədri, r.ü.f.d. Rəşad Məstəliyev, AMEA-nın aparıcı elmi işçisi, şair, publisist, sosioloq Əhməd Qəşəm oğlu, Səbail rayonu İcra Hakimiyəti başçısının 1-ci müavini Xalidə Bayramova, Bakı Şəhər Təhsil İdarəsinin nümayəndəsi, bir çox məktəblərin direktorları və "Kiçik Akademiya" üzvləri iştirak ediblər.

Konfrans haqqında məlumat verən məktəbin direktoru Sevinc Abbasova bildirib ki, “Kiçik Akademiya”nın  bir illiyinə həsr olunmuş gənc tədqiqatçıların elmi praktik konfransın keçirilməsində məqsəd geridə qalan bir il ərzində görülmüş işləri ictimayyətə təqdim etmək, həmçinin şagirdlərin dünyagörüşünü artırmaq və onlara intellektual səviyyələrini numayiş etdirmək üçün əlavə imkanlar verməkdir.

Tədbirdə çıxış edən AMEA-nın GAMŞ İdarə Heyətinin üzvü, dosent Faiq Məmmədov təmsil olunduğu qurum tərəfindən orta və ali məktəblərdə həyata keçirilən layihələr, o cümlədən məktəblərdəki “Kiçik Akademiya”larla birgə görülən müştərək işlərdən danışıb.

Konfransda gənc tədqiqatçıların müxtəlif bölmələr üzrə nümunəvi elmi işlərindən ibarət təqdimatlar dinlənilib.

Məlumat üçün bildirək ki, AMEA Gənc Alim və Mütəxəssislər Şurasının dəstəyi ilə Səbail rayonu şəhid Etibar Əliyev adına 162 saylı orta məktəbin "Kiçik Akademiya"da qısa müddətdə nailiyyət də əldə olunub. Belə ki, Sabahın alimləri” VI Respublika müsabiqəsində iştirak edən məktəbin 10-cu sinif şagirdi “Kiçik Akademiya”nın üzvü Zeynəb Sadıxovanın AMEA Botanika İnstitutunda həyata keçirdiyi “Adi çaytikanı(Hippophae Rhamnoides L.) meyvələrindən bioloji fəal yağların və digər birləşmələrin alınması texnologiyası” adlı layihəsi biologiya kateqoriyası üzrə 3-cü yerin qalibi olmuş, təşkilatçıların xüsusi mükafatı ilə təltif olunmuşdur. Eyni zamanda “Kiçik Akademiya”nın digər üzvü, 11-ci sinif şagirdi Mahirə Əsədzadə 07 may 2017-c il tarixində qəbul imtahanında 1-ci qrup üzrə maksimal nəticə göstərərək, 700 bal toplamış, ən böyük uğura imza atıb.

JURNALLAR
Faydalı linklər