Xəbərlər
Foto
Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunda şagirdlər üçün ekskursiya təşkil olunub
May 25, 2017 | 12:55 / Mühüm hadisələr
Oxunub 8573 dəfə

25 may 2017-ci ildə AMEA-nın akademik M.Nağıyev adına Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunda UNİCER özəl tam orta məktəb şagirdləri üçün ekskursiya təşkil olunmuşdur .

Tədbir çərçivəsində İnstitutda aparılan tədqiqat işləri, burada çalışmış və hazırda işləyən görkəlmi alimlər haqqında məktəblilərə məlumat verilmiş, onların müxtəlif laboratoriyalara ekskursiyası təşkil edilmişdir. Bundan başqa ekskursiyaya gələn məktəblilər üçün müxtəlif əyləncəli və öyrədici təcrübələr əyani olaraq nümayiş olunmuş və maraqla qarşılanmışdır. Qeyd etmək lazımdır ki, elmin və təhsilin inteqrasiyası istiqamətində Akademiyada hazırda mühüm işlər görülür və keçirilən tədbiri də bu işlərin bir hissəsi hesab etmək olar. Son illər institutda belə tədbirlər mütəmadi olaraq keçirilir. Belə tədbirlərin keçirilməsində məqsəd şagirdlərdə ilkin elmi dünyagörüşünün formalaşdırılması, onlarda kimya elminə marağın artırılmasıdır.

JURNALLAR
Faydalı linklər