Xəbərlər
Alimlər nanohissəciklərin köməyi ilə zülalları “canlandırmağı” öyrəndilər
May 17, 2017 | 09:25 / Maraqlı məlumatlar
Oxunub 4903 dəfə

İTMO Universitetinin (Sankt-Peterburq) və Yerusəlimdəki Yəhudi Universitetinin alimləri kimyəvi denaturasiyadan sonra zülalın strukturunu bərpa etməyi bacardılar. Metodun əsasında suda denatura olunmuş zülallarla  alüminium oksidin nanohissəciklərinin elektrostatik qarşılıqlı təsiri durur. Əsasən qeyd etməliyik ki, metod həm bir maddənin molekulları üçün, həm də multizülal sistemlərdə işləyir. Əvvəllər heç kim qarışıqlarda zülalların quruluşunu bərpa edə bilməmişdir. Bu isə nəzəri olaraq, Alsqeymer və Parkinson xəstəliklərinin müalicəsində işlədilən müalicəvi zülalların istehsalını ucuzlaşdıra və asanlaşdıra bilər. Tədqiqatların nəticələri Scientific Reports jurnalında dərc edilib.

JURNALLAR
Faydalı linklər