Xəbərlər
Havadaki zərərli qarışıqları yanacağa çevirən cihaz yaradılıb
May 10, 2017 | 12:40 / Maraqlı məlumatlar
Oxunub 4947 dəfə

Tədqiqat prosesinin əsasında günəş batareyalarının bir növü olan fotoelektrokimyəvi özəklərin texnologiyası durur. Qurğu membran ilə ayrılan iki bölmədən ibarətdir. Birində, çirkli havada olan uçucu üzvi maddələr günəş işığının təsiri altında titan dioksiddən fotoanodun vasitəcilə karbon qazına çevrilir. Hidrogen ionları, fotokatod olan başqa bölməyə, polimer elektrolit membranından keçir. Oradan hidrogen saxlanma sisteminə verilir. Gələcəkdə onu yanacaq  kimi istifadə etmək olar.

Bu texnologiyanı işləyib hazırlayanların sözlərinə görə, onların gördükləri iş nəinki yanacaq üçün əlavə hidrogen mənbəyini aşkar etməyə, həmçinin havanı təmizləməyə də imkan yarada bilər.

JURNALLAR
Faydalı linklər