Xəbərlər
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunan tədbir keçirilib
May 08, 2017 | 11:00 / Konfranslar, iclaslar
Oxunub 4831 dəfə

AMEA M.Nağıyev adına Kataliz və Qeyri- üzvi Kimya İnstitutunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə tədbir keçirilib.

Tədbirdə AMEA-nın vitse-prezident, institutun direktoru, akademik Dilqəm Tağıyev ümummilli liderin dövlətçiliyimizin inkişafında yolunda göstərdiyi xidmətlərdən söz açaraq bildirdi ki, ölkəmizdə ictimai-siyasi sabitliyin yaranması, azərbaycançılıq məfkurəsinin, milli ideologiyanın yaranması və inkişafı, respublikamızın  nail olduğu yüksək iqtisadi inkişaf Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Azərbaycana sadiqliyi, millətinə  xidmətləri ilə əbədi yaşardır. O bildirdi ki, Heydər Əliyev elmə və elm adamlarına daim qayğı göstərmişdir. Dahi şəxsiyyətin ən böyük amal və məqsədi Azərbaycanın dövlət müstəqilliyinin daimi olması idi.Akademik  ulu öndər  Heydər Əliyevin dövlətçilik prinsiplərini bu gün onun layiqli davamçısı, Prezident İlham Əliyevin uğurla həyata keçirdiyini diqqətə çatdırdı.

Sonra tədbir iştirakçıları  ümummilli liderin Azərbaycanın tərəqqisi naminə tükənməz  fəaliyyətindən söz açdılar.

JURNALLAR
Faydalı linklər