Xəbərlər
MDU-nun alimləri polimer materialların xassələrinin dəyişməsində selektiv səthin rolunu tədqiq ediblər
May 04, 2017 | 09:55 / Maraqlı məlumatlar
Oxunub 4942 dəfə

M.V. Lomonosov adına MDU-nun kimya və fizika fakultəsinin əməkdaşları sopolimer materiala və onun xassələrinə bir monomeri seçərək udan selektiv səthin təsirini öyrəniblər.

İşin eksperimental hissəsində alimlər silikaqeldə və onun nanoölçülü məsaməli dənəvərlərində akril turşusunun sopolimerini sintez etdilər. Tədqiqatçılar sopolimerlərin xüsusiyyətlərini İQ- və NMR-  spektroskopiyası metodları ilə, gel - nüfuz etmə xromotoqrafiyası vasitəsilə təyin ediblər. Alimlər sopolimerləşmə prosesinin kompüter modelləşdirilməsi üçün hissəciklərin dissipativ dinamika üsulundan istifadə ediblər.

Hesablamalar üçün alimlər MDU-nun “Lomonosov 2” superkompüterindən istifadə etmiş və tədqiqatların nəticəsini Langmuir: the ACS Journal of Surfaces and Colloids jurnalında çap etdirmişlər.

JURNALLAR
Faydalı linklər