Xəbərlər
Metalın korroziyasını betonun arasından görmək mümkündür
May 01, 2017 | 09:00 / Maraqlı məlumatlar
Oxunub 5230 dəfə

ABŞ-nın Milli standartlar və texnologiyalar institutunun alimləri armaturlaşdırılmış betonda korroziyanı ilk mərhələdə aşkar etmək üçün metodika işləyib hazırlayıblar. Onlar hematiti 25 mm qalınlıqda  olan beton blok  arxasından təyin edə bilən 2 millivatt gücündə olan terahertz dalğalarını yayan laborator qurğusunu yığıblar. Tədqiqatçılar hesab edirlər ki , 50mm qalınlıqda betondan yüzlərlə  millivatt gücündə dalğayayan vasitəsilə korroziya məhsullarını aşkar etmək mümkündür və bir qayda olaraq dəmir beton konstruksiyalarda armaturun birinci təbəqəsi təqribən bu dərinlikdə yerləşir.

Gələcəkdə alimlər akagenit üçün (bu duzlu suyun təsirindən dəmirin korroziyası zamanı alınan məhsuldur) udma spektrini tapmağı planlaşdırırlar.

Bu, korroziyanı öyrənmək üçün teraheriz dalğalarından istifadə edilən ilk cəhd deyil. 2015-ci  ildə yapon tədqiqatçıları bunu qoruyucu izolyasiya qatı üzərindən asma körpülərin polad troslarının  aşınmasını qiymətləndirmək üçün istifadə etmişlər.

Tədqiqatların nəticəsi Applied Magnetic Resonance jurnalında çap olunub. 

JURNALLAR
Faydalı linklər