Xəbərlər
Foto
AMEA ilə Bolqarıstan Elmlər Akademiyası arasında elm və texnologiya üzrə əməkdaşlıq sazişi imzalanıb
Apr 11, 2017 | 12:58 / Mühüm hadisələr
Oxunub 7629 dəfə

AMEA-nın prezidenti, akademik Akif Əlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti Bolqarıstanda səfərdədir.

Səfər çərçivəsində AMEA-nın prezidenti Bolqarıstan Elmlər Akademiyasının (BEA) prezidenti Yulian Revalski, Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetinin rəhbərliyi ilə, eləcə də həmin universitetin geologiya və coğrafiya fakültəsində görüşlər keçirib. Nümayəndə heyəti universitetin nəzdində fəaliyyət göstərən Paleontologiya və Tarixi Geologiya Muzeyinə də olub.

Görüşdə Avropa İttifaqı proqramları çərçivəsində əməkdaşlıq, qarşılıqlı maraq kəsb edən sahələr üzrə təcrübə, alim və tədqiqatçıların mübadiləsi və birgə layihələrin həyata keçirilməsi istiqamətində fikir mübadiləsi aparılıb, neft və qaz yataqlarının kəşfiyyatı, seysmologiya, arxeologiya sahələri əməkdaşlıq üçün prioritet sahələr olaraq müəyyən edilib.

Daha sonra AMEA ilə BEA arasında elm və texnologiya üzrə əməkdaşlıq sazişi, eləcə də həmin sazişə əlavə protokolun imzalanma mərasimi keçirilib. Saziş iki ölkə arasında elmi əlaqələri genişləndirməyi, elm və texnologiya sahəsində əməkdaşlığı təkmilləşdirməyi nəzərdə tutur.

Səfər çərçivəsində AMEA-nın prezidenti Bolqarıstanın aparıcı “Focus” xəbər agentliyinə müsahibə verib. A.Əlizadə dinləyicilərə AMEA-nın tarixi, strukturu, fəaliyyəti və məqsədləri, həyata keçirdiyi beynəlxalq layihələr, ölkəmizdə elmin inkişafında dövlətin rolu barədə ətraflı məlumat verib.

JURNALLAR
Faydalı linklər