Xəbərlər
Yeni materiallar smartfonların yenidən bərpasına gətirib çıxarda bilər
Apr 06, 2017 | 10:50 / Maraqlı məlumatlar
Oxunub 4528 dəfə

Tədqiqatçılar xəbər verirlər ki, onlar yenidən bərpa edilə bilən, elektronikada və yumşaq robototexnikada tədbiq edilə bilən polimer materiallar işləyib hazırlamışlar. Materiallar genişlənə bilir və şəffafdır. O, cərəyanın generasiya edilməsi üçün ionları keçirir və sınmış smartfonu yenidən bərk etməyə kömək edə bilir. Tədqiqatçılar öz işlərinin nəticəsini 253-cü Milli iclasda və Amerika Kimya Cəmiyyətinin sərgisində (AKC) nümayiş etdirdilər. Alınmış material öz normal ölçüsündən 50 dəfə artıq uzana bilər. İki hissəyə bölünəndən sonra, material avtomatik surətdə bir gün ərzində öz-özünü bərpa edir.

Gələcək etaplarda, tədqiqatçılar materialın xassələrini yaxşılaşdırmaq üçün polimerin dəyişdirilməsi üzərində işləyəcəklər.

JURNALLAR
Faydalı linklər