Xəbərlər
Qeyri-pedaqoji ixtisaslara malik şəxslərin nəzərinə!
May 15, 2024 | 11:04 / Təhsil
Oxunub 1068 dəfə

“Pedaqoji fəaliyyətlə məşğul olma Qaydası”ndakı dəyişikliyə əsasən, müəllimlərin işə qəbulu üzrə müsabiqəyə buraxılacaq ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların siyahısı müəyyənləşib. Siyahıda qeyd olunan qeyri-pedaqoji ixtisaslı şəxslər müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edə bilərlər. 

Müsabiqədə iştirakı nəzərdə tutulan pedaqoji təhsili olmayan ali təhsilli mütəxəssislər işə qəbul olunduqdan sonra müvafiq təlim kurslarına cəlb ediləcəklər. 

Nəzərinizə çatdırırıq ki, hər il müsabiqəyə buraxılacaq ixtisasların siyahısı Elm və Təhsil Nazirliyi tərəfindən elan edilir. Siyahı “Pedaqoji fəaliyyətlə məşğul olma Qaydası”nın əlavəsində qeyd edilən ixtisaslara müvafiq olaraq müəyyənləşdirilir. 

 
 
JURNALLAR
Faydalı linklər