Xəbərlər
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşının monoqrafiyası xaricdə nəşr olunub.
May 14, 2024 | 13:05 / Nəşrlər
Oxunub 1011 dəfə

 

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşı t.e.d. Aqil Səfərovun “Krekinq və piroliz qazlarının birgə emalının kimya-texnoloji kompleksinin hesablanması misalında mürəkkəb kimya-texnoloji sistemlərin optimal layihələndirilməsi metodu” adlı monoqrafiyası Moskvada nəşr olunmuşdur.

 

Monografiyada mürəkkəb kimya-texnoloji sistemlərin optimal layihələndirilməsi üçün təklif olunmuş yeni metodu üzrə nəzəri və praktiki materiallar təqdim olunub. Burada metodun əsas mərhələləri ətraflı şəkildə göstərilib və ardıcıl şəkildə həll edilərək krekinq və piroliz qazlarının birgə emalının kimya-texnoloji kompleksinin hesablanmasında istifadə olunub. Qeyri-stasionar şəraitdə baş verən proseslərin dinamik riyazi modelləri və idarəedici blok-sxemləri işlənib hazırlanmışdır.

 

Kitab ekoloji cəhətdən təhlükəsiz, resursa qənaət edən istehsalatların mühəndis-aparat tərtibatı, hesabatı və texnoloji layihələndirilməsi ilə məşğul olan kimya və ona bitişik olan sənaye sahələrinin müəssisə, tədqiqat və layihə təşkilatlarının elmi və mühəndis-texniki işciləri üçün, həmçinin kitab kimya-texnoloji proseslərin hesablanması, modelləşdirilməsi və kimya-texnoloji sistemlərin optimal layihələndirilməsi məsələləri ilə maraqlanan kimya mühəndisliyi ixtisaslarının tələbələri, magistrantları və doktorantları üçün faydalı olacaqdır.

 

Агиль Рафик оглы Сафаров «Метод оптимального проектирования сложных химико –технологических систем на примере расчета химико-технологического комплекса по совместной переработке газов крекинга и пиролиза»

 

Издательство Москва Наука -2024, стр. 301

 

 

JURNALLAR
Faydalı linklər