Xəbərlər
Pakistan Respublikasının Sarqodha Universitetinin professoru Mühəmməd Navaz Tahir Elm və Təhsil Nazirliyi akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda
May 10, 2024 | 15:00 / Görüşlər
Oxunub 1371 dəfə

07.05.2024-cü il tarixində Pakistan Respublikasının Sarqodha Universitetinin professoru Mühəmməd Navaz Tahir Elm və Təhsil Nazirliyi akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda olub. O, institutun icraçı direktoru, AMEA-nın müxbir üzvü, professor M.Babanlı və “Metal Klatrat Birləşmələri” laboratoriyasının müdiri M.Münşiyeva ilə görüşərək elmi müzakirələr aparıb. Görüşdə kompleks birləşmələr əsasında yeni klatratların sintezi və tədqiqi sahəsində birgə elmi-tədqiqat işlərinin nəticələri və gələcək elmi  əməkdaşlıq məsələləri müzakirə edilmişdir.

JURNALLAR
Faydalı linklər