Xəbərlər
Foto
Akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda fəaliyyət göstərən ED 1.15 Dissertasiya şurasının iclası keçirilmişdir.
May 08, 2024 | 11:00 / Konfranslar, iclaslar
Oxunub 1480 dəfə

07.05.2024-cü il tarixində AR ETN-i akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda fəaliyyət göstərən ED 1.15 Dissertasiya şurasının iclası keçirilmişdir. İclasda müdafiə şurasının 21 üzvündən 18-i iştirak etmişdir. İclasda Institutun sabiq doktorantı Abbasov Mahir Yaşar oğlunun 2316.01 – "Kimyəvi kinetika və kataliz" ixtisasında kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Tsiklopentan və metiltsiklopentanın oksidləşdirici çevrilmə reaksiyaları üçün effektiv katalizatorların işlənməsi” mövzusunda dissertasiya işinin təqdimatı keçirilmişdir. İddiaçı dissertasiya işinin qısa məzmunu, onun aktuallığı, elmi yeniliyi, praktiki əhəmiyyəti haqqında məruzə ilə çıxış etdi. Sonra dissertasiya işinə təyin edilmiş opponentlər: AMEA-nın həqiqi üzvü, k.e.d., prof. Adil Qəribov; ADNSU-nun professoru, k.e.d. Vaqif Bağıyev və AR ETN akademik Y.Məmmədəliyev adına NKPİ-nun baş elmi işçisi, k.e.d. Aygün Əliyeva iş haqqında geniş məlumat verdilər. İddiaçı Mahir Abbasovun elmi rəhbəri akademik Ağadadaş Əliyevin rəyi haqqında Şura üzvlərinə məlumat verildi. Şura üzvlərinin geniş müzakirəsindən sonra gizli (elektron) səsvermə keçirildi və nəticə ED 1.15 Dissertasiya şurasının sədr müavini AMEA-nın müxbir üzvü k.e.d., prof. Məhəmməd Babanlı tərəfindən elan edildi.

 

JURNALLAR
Faydalı linklər